- yerli statistika orqanları üçün statistik işlər proqramına uyğun olaraq, idarənin rəhbəri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsü və iş planına əsasən ona həvalə olunmuş statistik işləri yerinə yetirir;
- fəaliyyət göstərən statistik vahidlər tərəfindən real vaxt rejimində Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə vaxtında daxil edilməsinə, hesabat intizamının təmin olunmasına nəzarət edir;
- müvafiq sahə üzrə statistik vahidlər tərəfindən hesabatların (müaynə formalarının) tam və dolğun işlənməsinə, hesabatlar (müayinə formaları) üzrə təqdim olunmuş məlumatların keyfiyyətinə nəzarət edir, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
- müvafiq sahə üzrə statistik məlumatların ümumiləşdirilməsində, məcmuələrin, bülletenlərin, təhlili materialların və digər statistik materialların hazırlanmasında iştirak edir;
- müvafiq sahə üzrə statistik vahidlərin təlimatlandırılması məqsədilə izahat işləri aparır, statistik vahidlərin dövlət reyestrində məlumatların aktuallığının təmin edilməsi məqsədilə zəruri tədbirlər görür;
- rayonun sosial-iqtisadi göstəriciıərə dair pasportunun müvafiq sahə üzrə məlumatlarının doldurulmasını təmin edir;
- tabe olduğu şəxs (şəxslər) tərəfindən özünün qulluq funksiyalarına aid məsələlər üzrə verilmiş digər tapşırıqların icrasını təmin edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;