Aparıcı məsləhətçi Maliyyə və təminat şöbəsi

Bakı

Azərbaycan Respublikası Audiovizual Şurası
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planınında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Şuranın əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasında şöbənin işçiləri ilə birlikdə zəruri işlərin yerinə yetirilməsi;
  • İctimai sektorda mühasibat uçotunun standartlarına uyğun  Şuranın bütün maliyyə-təsərrüfat fəaliyyətinin ilkin uçot reyestrlərinin qeydiyyatı və aparılması və inventarizasiyanın aparılması işlərində iştirak etmək ;
  • Şuranın balansında olan əsas vəsaitlərin və ehtiyatların  hərəkəti ilə bağlı müvafiq qeydlərin aparılması, inventar və avadanlıqların, qurğuların səmərəli istisimar edilməsi və qorunması ilə bağlı işlərin görülməsi;
  • Şuranın aparatı üçün lazım olan maddi texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin həyata keçirilməsi işlərində müvafiq işlərin yerinə yetirilməsi;
  • Şuranın təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanılması üçün zəruri işlərin görülməsi, yerinə yetirilmiş iş və xidmətlərin qəbul edilməsi, malların təhvil alınması;
  • Şuranın İnzibati binasının, balansında olan maşın və avadanlıqlarının  təmiri  işləri ilə bağlı təkliflərin, layihə və smeta sənədlərinin hazırlanması;
  • Şuranın İnzibati binasında və ya Şuranın təşkilatçılığı ilə digər məkanlarda keçirilən müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı işlərin yernə yetirilməsi;
  • Şura tərəfindən keçirilən satınalma müsabiqələrinin (elektron satınalma vasitəsilə keçirilən- açıq tender,  təkliflər sorğusu, kotirovka sorğusu) şərtlər toplusunun hazırlanması ilə bağlı məlumatların hazırlanması;
  • Şöbədə əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə -orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız