Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planınında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Şuranın əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasında şöbənin işçiləri ilə birlikdə zəruri işlərin yerinə yetirilməsi;
Şuranın aparatı üçün lazım olan maddi texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin həyata keçirilməsi işlərində müvafiq işlərin yerinə yetirilməsi;
Şuranın təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanılması üçün zəruri işlərin görülməsi, yerinə yetirilmiş iş və xidmətlərin qəbul edilməsi, malların alınması;
Şuranın İnzibati binasının, maşın və avadanlıqlarının təmiri işləri ilə bağlı təkliflərin, layihə və smeta sənədlərinin hazırlanması;
Şuranın İnzibati binasının yanğından mühafizəsi və binada sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı müvafiq işlərin yerinə yetirilməsi;
Şura tərəfindən keçirilən satınalma müsabiqələrinin (elektron satınalma vasitəsilə keçirilən- açıq tender, təkliflər sorğusu, kotirovka sorğusu) şərtlər toplusunun hazırlanması ilə bağlı məlumatların hazırlanması;
Tenderin nəticələri haqqında hesabatların tərtib edilməsində, satınalmanın sənədlər toplusunun müvafiq qaydada hazırlanaraq saxlanılmasında İştirak etmək;
Şöbədə əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə - orta səviyyə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4