Baş məsləhətçi - hüquqşünas İnsan resursları və hüquqi təminat sektoru

Bakı

Milli Arxiv İdarəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Arxiv işi sahəsinə aid sənədlərin və hüquqi aktların layihələrini hazırlayır;
  • Arxiv işi sahəsinə aid sənədlərin, normativ hüquqi aktların və onların layihəsinin hüquqi ekspertizasını həyata keçirir;
  • Vətəndaşlardan, hüquqi şəxslərdən və digər təşkilatlardan daxil olan müraciətləri təhlil edir, dəyərləndirir və onlara cavab hazırlayır;
  • İdarənin əməkdaşlarına hüquqi məsələlər üzrə məsləhət verir;
  • Arxiv işi sahəsində beynəlxalq təcrübəni və onun tətbiqi imkanlarını öyrənir və təkliflər verir;
  • Müvafiq sahə üzrə hesabatları, digər sənəd layihələrini hazırlayır və aidiyyəti təkliflər verir;
  • İdarəyə daxil olan normativ-hüquqi aktların, digər normativ sənədlərin layihələrinə dair rəy və təkliflər verir;
  • İdarənin və dövlət arxivlərinin iş prosesi müddətində ortaya çıxan məsələlər üzrə hüquqi məsləhət verir, məlumatları təhlil edir və ümumiləşdirir, arayışlar və tövsiyələr hazırlayır;
  • Şöbənin əsas fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir;
  • İdarənin hüquqi maraqlarını məhkəmələrdə müdafiə edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə 3 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3

Telegram kanalımız