Aparıcı məsləhətçi İnsan resursları və hüquqi təminat sektoru

Bakı

Milli Arxiv İdarəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət orqanının əməkdaşlarını xidməti vəsiqə, əmək kitabçası ilə təmin etmək, əmək kitabçalarını doldurmaq, qeydiyyatını aparmaq və mühafizəsini təşkil etmək
  • Dövlət orqanında qulluğa qəbulun qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsində iştirak etmək
  • Dövlət qulluğu və insan resursları ilə bağlı yaradılmış məlumat bazalarının idarə edilməsində iştirak etmək
  • Dövlət orqanlarında çalışan dövlət qulluqçularına qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ixtisas dərəcələrinin, staja görə əlavə haqqın verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsində iştirak etmək və sənədləşmə işini həyata keçirmək
  • Dövlət orqanında çalışan işçilərin ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi, uçotunun aparılması və ezamiyyə ilə bağlı əmri icrası üçün digər strukturlara göndərmək
  • Dövlət orqanının nomenklaturuna daxil olan inzibati vəzifələrin müsahibə proqramlarını və vəzifə təlimatlarını “Vəzifələrin İdarə edilməsi Sisteminə" daxil etmək
  • Əmək müqaviləsinin hazırlanmasında, işçilərlə əmək müqaviləsinin bağlanılmasında ona dəyişiklik edilməsində və ya xitam verilməsində, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində iştirak etmək
  • Dövlət qulluqçularının şəxsi işlərini aparmaq, təqdim edilmiş sənədlərin tamlığını, onların qanunvericiliklə müəyyən edilmişşərtlərə uyğunluğunu yoxlamaq və şəxsi işlərin mühafizəsini həyata keçirmək
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

        Xüsusi tələblər

        • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, menecment, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
        • İş stajına dair tələblər: yoxdur
        • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
        • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
        • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

        Telegram kanalımız