Dövlət arxivlərinin plan və hesabatlarının təhlilində iştirak, dövlət arxiv xidməti təşkilatlarına arxiv işinin inkişafı üzrə planların yerinə yetirilməsinə metodiki köməkliyin göstərilməsi;
Dövlət arxivlərinin illik plan göstəricilərinin İdarənin digər şöbələri ilə razılaşdırılması, hesabat məlumatlarının yerlərdə araşdırıb dəqiqləşdirilməsi, şöbənin profili üzrə dövlət arxivlərinin fəaliyyətinin yoxlanmasında, digər şöbələrlə birlikdə onların işinin kompleks yoxlanılmasının təşkilində iştirak, dövlət arxivlərində (filiallarda) rüblük məlumatların təhlilinin aparılması və nəticələrinə uyğun dövlət arxivlərinin (filialların) fəaliyyətlərinin monitorinq qiymətləndirilməsində iştirak;
Arxiv əməkdaşlarının ixtisasının artırılması istiqamətində plan və təkliflərin, təlim proqramlarının hazırlanmasında, şöbənin profili üzrə modul tipli proqramlar əsasında keçirilən seminar və təlimlərdə iştirak;
Təhsil müəssisələri (ali və orta ixtisas) tələbələrinin dövlət arxivlərində istehsalat təcrübələrinin keçirilməsinin təşkili, dövlət arxivlərində (filiallarda) arxiv işinin təşkili və əsasnaməyə uyğun elmi-metodiki köməklik və nəzarət edilməsi;
Dövlət arxivlərində sənədlərin mühafizəsi rejiminin tələblərinə əməl olunmasına və görülmüş işlərin qaydalara uyğun rəsmiləşdirilməsinə nəzarət edilməsi;
Soraq-məlumat fonduna daxil olan vəsaitlərin, kollegiyanın materialları üzrə kartotekanın elektron daşıyıcıya köçürülməsi;
Dövlət arxiv xidməti təşkilatlarında Milli arxiv fondunun komplektləşmə mənbəyi olan dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə arxiv fəaliyyətinin təşkilində, arxiv sənədlərinin mühafizəsi, dövlət mühafizəsinə təhvil verilməsi, qeydiyyatı və istifadəsi sahələrinin monitorinqinin aparılmasında və aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsində iştirak və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4