Aparıcı məsləhətçi Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsi

Bakı

Milli Arxiv İdarəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət orqanlarından, hüquqi və fiizki şəxslərdən daxil olan sorğu və məktubların icrasında iştirak etmək; 
  • Dövlət arxivlərinin illik plan və hesabatlarının şöbənin profili üzrə təhlil edilməsi, rəy verilməsi, ümumi statistik hesabatların hazırlanmasında iştirak etmək;
  • Dövlət arxivlərində mühafizə olunan sənədlər barədə dövlət və ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin məlumatlandırılması işinin təşkil etmək;
  • KİV nümayəndələri, media subyektləri ilə İdarənin və Dövlət Arxivlərinin işinin təşkilində iştirak etmək;
  • Milli Arxiv İdarəsinin rəsmi internet resurslarını, sosial şəbəkə hesablarını mütamadi məlumat axını və informasiya ilə təmin etmək;
  • Virtual layihələrin – virtual sənəd sərgilərinin, arxiv sənədləri əsasında videoçarxların hazırlanmasında iştirak etmək;
  • Şöbənin profili üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət arxivlərində tətbiq edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • İdarədə sənədlərlə iş, o cümlədən sənədlərin arxivləşdirilməsi və vətəndaşların qəbulu, həmçinin qəbulla ilə bağlı müvafiq cədvəllərin, qrafiklərin hazırlanması, qəbulla bağlı digər işlərin icra edilməsində iştirak etmək;
  • Şöbə müdirinin tapşırıqları üzrə şöbənin profilinə aid olan digər işləri icra etmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2;Rus dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız