Məsləhətçi Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsi

Bakı

Milli Arxiv İdarəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Milli arxiv fondunun sənədlərinin elektron daşıyıcılara köçürülməsi  işinin təşkilində iştirak etmək, bu istiqamətdə əməkdaşlara texniki kömək göstərmək, sistemə daxil edilən sənədləri keyfiyyət nəzarətindən keçirmək və Elektron Arxiv Sistemində qeydiyyatını aparmaq, Vahid Elektron Arxiv İnformasiya Sisteminin dayanaqlığını təmin etmək;
  • Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin Elektron Hökumət Portalında fasiləsiz fəaliyyətini təşkil etmək, portal vasitəsilə daxil olan sorğuların icrası barədə  məlumatın sistemdə yerləşdirilməsini təmin etmək
  • İdarələrarası elektron sistemlərdə İdarənin fəaliyyətinə aid olan məlumatların yenilənməsini təmin etmək;
  • İnformasiya sistemlərinin istifadəsində əməkdaşlara texniki köməklik göstərmək;
  • İdarənin rəsmi internet səhifəsində məlumatların yenilənməsini təmin etmək;
  • Kompüter və digər avadanlıqlarda baş verən texniki problemlərin qeydiyyatının aparılması, nasazlığın müəyyən edib dərhal aradan qaldırılması və fasiləsiz işin təmin olunmasında iştirak etmək;
  • Arxiv sənədlərinin elektron istifadə fondu və Elektron hesabatlar sisteminin fəaliyyətinin dayanıqlığını təmin etmək;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kompüter elmləri, riyaziyyat, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - yüksək səviyyədə, (LİMP Capture, Viar, BookDrive Capture)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız