xidmətlər üçün müraciət etmək istəyən vətəndaşların növbəyə alınmasını həyata keçirir;
vətəndaşları müraciət etmək istədikləri xidmətlər, tələb edilən sənədlər və müraciət etməli olduqları qurumlar (pəncərələr) haqqında məlumatlandırır;
vətəndaşlarla məlumat köşkünün əməkdaşları arasında yaranan konfliktli halları araşdırır;
məlumat köşkünün əməkdaşlarının verdikləri məlumatların qanunvericiliyə uyğunluğuna nəzarət edir və vətəndaşlardan daxil olan şikayətlərin qeydiyyata alınmasını təmin edir;
fəaliyyətin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq fasiləsiz həyata keçirilməsini təmin edir;
vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak edir;
mərkəzdə göstərilən xidmətlərin səyyar formada təşkilində iştirak edir və eyni vəzifələri yerinə yetirir;
xidmətlərin göstərilməsində baş verən zəruri məlumatları “Çağrı” mərkəzinə ötürür və oradan gələn sorğuları cavablandırır;
strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində sektor müdirinə təkliflər verir;
icrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
vəzifəsi üzrə sektor müdiri, və mərkəzin direktoru tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB3