Baş məsləhətçi Vətəndaşların qəbulu işinin təşkili sektoru (Lənkəran)

Lənkəran

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • xidmətlər üçün müraciət etmək istəyən vətəndaşların növbəyə alınmasını həyata keçirir;
  • vətəndaşları müraciət etmək istədikləri xidmətlər, tələb edilən sənədlər və müraciət etməli olduqları qurumlar (pəncərələr) haqqında məlumatlandırır;
  • vətəndaşlarla məlumat köşkünün əməkdaşları arasında yaranan konfliktli halları araşdırır;
  • vətəndaşlara göstərilən xidmətlərlə bağlı zəruri hallarda qurumların fəaliyyətini əlaqələndirir;
  • fəaliyyətin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq fasiləsiz həyata keçirilməsini təmin edir;
  • məlumat köşkünün əməkdaşlarının verdikləri məlumatların qanunvericiliyə uyğunluğuna nəzarət edir və vətəndaşlardan daxil olan şikayətlərin qeydiyyata alınmasını təmin edir;
  • vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə tədbirlər həyata keçirir;
  • mərkəzdə göstərilən xidmətlərin səyyar formada təşkilində iştirak edir və eyni vəzifələri yerinə yetirir;
  • xidmətlərin göstərilməsində baş verən zəruri məlumatları Çağrı mərkəzinə ötürür və ordan gələn sorğuları cavablandırır;
  • strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində sektor müdirinə təkliflər verir;
  • icrasına verilən sənəd və müraciətlərin araş¬dırılması və cavablandırılmasını təmin edir;
  • sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • vəzifəsi üzrə sektor müdirivə mərkəzin direktoru tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız