Baş məsləhətçi Mühasibatlıq və təminat sektoru (Şamaxı)

Şamaxı

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • mərkəzin informasiya sistemlərinin və ehtiyatlarının, rabitə sistemlərinin və daxili şəbəkənin fəaliyyətinin fasiləsizliyi, təhlükəsizliyi və mühafizəsi ilə bağlı zəruri işləri yerinə yetirir;
  • mərkəzin əməkdaşlarına mərkəzin informasiya sistemindən istifadə ilə bağlı məlumatlandırır, informasiya təhlükəsizliyi qaydalarına riayət olunması üçün zəruri tədbirləri görür;
  • mərkəzdə yeni fəaliyyətə başlayan əməkdaşları istifadəsinə verilən İKT avadanlığının istifadəsi ilə bağlı məlumatlandırır;
  • mərkəzin internet bağlantısı və əməkdaşların elektron poçt ünvanlarının fasiləsiz işləməsinin təmini üçün üzərinə düşən vəzifələri icra edir;
  • mərkəzin İKT avadanlığına müəyyən edilən qaydada baxış keçirir və monitorinqində iştirak edir;
  • proqram və texniki vasitələrin istismarı zamanı yaranan problemləri həll edir və ya bu problemlərin həllində əməkdaşlara köməklik göstərir;
  •  fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər verir;
  • icrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını həyata keçirir;
  • vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri (Windows Server 2012, “Domain controller”in qurulması, “Active Directory”, DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarəolunması), Windows 10, Linux, Mac OS (yüksək səviyyədə) MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız