mərkəzdə baş vermiş konfliktli halların həllini həyata keçirir, müşahidə edilən pozuntuların aradan qaldırılmasını tələb edir və digər tədbirlər görür, bu barədə sektor müdirinə məlumat verir;
mərkəzdə həyata keçirilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq həyata keçirməsinə nəzarət edir;
mərkəzlərdə fəaliyyətin qanunvericiliyə uyğun qaydada həyata keçirilməsinə nəzarət edir, müşahidələr aparır, monitorinqlərdə iştirak edir;
mərkəzdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına və növbəlilik qrafikinə əməl etməsinə nəzarət edir;
zəruri hallarda vətəndaşları aldıqları və ya almaq istədikləri xidmətlərin qanunvericiliyi barədə məlumatlandırır, şikayətlərini qeydə alır;
icrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını həyata keçirir;
mərkəzdə göstərilən xidmətlərin səyyar formada təşkilində iştirak edir;
fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər verir;
sektor müdirinin tapşırığına əsasən arayışlar, hesabatlar və məlumatlar hazırlayır;
vəzifəsi üzrə mərkəz direktorunun və sektor müdirinin tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: tarix, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, fəlsəfə, regionşünaslıq (regionlar üzrə), beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB3