Baş məsləhətçi - mühasib Mühasibatlıq və təminat sektoru (İmişli)

İmişli

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununa və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsində iştirak edir;
  • idarənin bütün xərclərinə dair xəzinə sənədlərinin hazırlanmasını həyata keçirir;
  • “ASAN xidmət” mərkəzinin yerləşdiyi sahədə və binada sanitariya və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, liftlərin, işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir;
  • “ASAN xidmət” mərkəzinin işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və sair digər ödənişlərin və xərclərin hesablanmasının təmin edir;
  • əsas vəsaitlərin, ehtiyatların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparılmasını təmin edir;
  • müəyyən edilmiş qaydada mərkəzdə aparılan inventarizasiya zamanı inventarların texniki vəziyyəti barədə rəy hazırlayır, balansdan balansa verilməsinə və ya istifadəyə yararsız olan inventarların silinməsi üçün təkliflər verir;
  • mərkəzdə təsərrüfata aid xərclər smetasının tərtibi barədə təkliflər hazırlayır;
  • mərkəzdə fəaliyyət göstərən mərkəz əməkdaşlarının və digər qurum əməkdaşlarının aylıq davamiyyət tabelinin hazırlanmasında iştirak edir;
  • mal-material qiymətlilərinin anbara daxil edilməsi, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə edilməsi, əməliyyatların hesabının aparılması ilə bağlı fəaliyyətdə iştirak edir;
  • təminat və xidmət işləri üzrə müqavilələrin bağlanması fəaliyyətində iştirak edir;
  • icrasına verilən sənəd və müraciətlərin araş­dırılması və cavablandırılmasını təmin edir;
  • fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər verir;
  • vəzifəsi üzrə sektor müdiri və mərkəz direktorunun digər tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız