“YAŞAT” Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri, müraciətlərin siyahısı və statusu ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin edir;
səlahiyyətləri daxilində digər dövlət qurumlarından, şəxslərdən və Dövlət Agentliyinin digər strukturlarından zəruri məlumat və sənədləri alır, habelə paylaşılması məqbul hesab edilən məlumatların aidiyyəti qurumlara ötürülməsini təmin edir;
büdcə proqnozlarını hazırlayır, maliyyə əməliyyatlarını həyata keçirir, müvafiq maliyyə və digər hesabatların hazırlanmasını təmin edir, “YAŞAT” Fondunun vəsaitinin səmərəli istifadəsi ilə bağlı təkliflər verir;
yerli və beynəlxalq təşkilatlar, aidiyyəti şəxslərlə əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin aparılmasında iştirak edir;
Fond vasitəsilə həyata keçirilən layihələrə, tədbirlərə könüllülərin cəlb edilməsini və idarəedilməsini təmin edir;
Fond tərəfindən yaxud tərəfdaşlarla birgə həyata keçirilən və ya həyata keçirilməsinə nəzarət edilən layihələrin, tədbirlərin icrasını təmin edir və təkliflər verir;
sektora daxil olan ərizə, təklif, şikayət, sorğu və digər sənədlərin araşdırılması və cavablandırılmasını təmin edir;
hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər verir;
vəzifəsi üzrə şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA3