Baş məsləhətçi Motivasiya və təkmilləşdirmə sektoru

Bakı

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mərkəzlərdə və digər tabeli qurumlarda motivasiya sektorunun işinə dəstək göstərən məsul əməkdaşların fəaliyyətinin vahid mərkəzdən koordinasiya edilməsi, onlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri görür;
  • Dövlət Agentliyində motivasiya tədbirlərinin vahid mərkəzdən koordinasiya edilməsi, bu sahədə görülən işlərin şəffaflığının və hesabatlılığın, bu istiqamətdə əməkdaşlar tərəfindən müraciət imkanlarının daha əlçatan olmasının təmin edilməsi məqsədilə elektron Motivasiya sisteminin fəaliyyətində iştirak edir;
  • əməkdaşların onlar barədə müvafiq motivasiya tədbirinin görülməsi barədə müraciətlərinin elektron Motivasiya sistemi vasitəsilə qəbulu və cavablandırılması və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin edir;
  • Dövlət Agentliyinin aparatında, strukturuna daxil olan və tabeliyində olan digər qurumlarda motivasiya məqsədli sosial-mədəni tədbirlərin təşkili, əməkdaşların sosial-mədəni tədbirlərə, bilik, idman və s. yarışlara cəlb olunması işinin təşkilini həyata keçirir;
  • ay ərzində xidmətdə fərqlənən əməkdaşlar barədə motivasiya xarakterli maddi və qeyri-maddi tədbirlərin görülməsi, “Ayın ASANçısı", “İlin ASANçısı" seçilmiş şəxslərin mükafatlandırılmasında iştirak edir;
  • əməkdaşların motivasiya və həvəsləndirmə ehtiyaclarının öyrənilməsi üzrə sorğuların keçirilməsini təşkil edir;
  • müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi ilə bağlı əməkdaşların müraciətlərinin elektron Motivasiya sistemi vasitəsilə qəbulu və aidiyyəti struktur bölmələrə yönləndirilməsi, zərurət olduğu halda kənardan təlimçilərin və ekpertlərin cəlb olunmasında iştirak edir;
  • əməkdaşların doğum günlərinin elektron poçt ünvanlarına məktub göndərilməsi, Dövlət Agentliyinin sosial şəbəkə qruplarında paylaşılması, Agentlikdə və mərkəzlərdə quraşdırılmış elektron və digər elan lövhələrində məlumatların yerləşdirilməsi ilə təbrik edilməsini təşkil edir;
  • xidməti fəaliyyəti ilə bağlı analitik təhlillərin və statistikanın aparılması, bu məqsədlə zəruri materialların təqdim edilməsi üçün aidiyyəti struktur bölmələrə müraciət edilməsini təşkil edir;
  • xidməti fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan xidməti sirrin və məxfilik rejiminin qorunması ilə bağlı tədbirlər görür;
  • yeni işçilər üçün tanışlıq, adaptasiya prosesinin aparılmasını təmin edir, o cümlədən xidməti fəaliyyətin qiymətləndirilməsi, təhlili, standartların hazırlanması, inkişaf etdirilməsi və tətbiqi ilə bağlı fəaliyyətdə iştirak edir;
  • icrasına verilən sənəd və müraciətlərin araş­dırılması və cavablandırılmasını təmin edir;
  • vəzifəsi üzrə şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3

Telegram kanalımız