Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılmasını həyata keçirir;
onlayn müraciət, sosial şəbəkə və ya video qəbul vasitəsilə ünvanlanan sualları cavablandırır;
Dövlət Agentliyin rəsmi rabitə xətti vasitəsilə daxil olan zəngləri aidiyyəti struktur bölmələrinə və ya şəxslərə yönləndirir;
Dövlət Agentliyində qanunvericiliyin pozulması halları, o cümlədən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşların hərəkətləri (hərəkətsizliyi) barədə şəxslərdən daxil olan şikayətləri qəbul edir;
Çağrı mərkəzinə daxil olan zənglərin və digər mənbələrdən daxil olan sualların cavablandırılmasının keyfiyyətinin qiymətləndirilməsini həyata keçirir;
dövlət xidmətlərinin göstərilməsi proseduru haqqında əhalinin məlumatlandırılmasını həyata keçirir;
Çağrı mərkəzinin xidmətlərinin təşkili və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, o cümlədən vətəndaşların təkliflərini qeydə alır;
icrasına verilən vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılmasını təmin edir;
vəzifəsi üzrə şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4