Data əsaslı qərar qəbuletməni təmin edə biləcək yeni məlumat növlərinin mənbələrini araşdırır və bu mənbələr üzrə datanın toplanılmasını təşkil edir;
Məlumat bazalarında mövcud data anomaliyaların aşkar edilməsini (Data Anomaly Detection) həyata keçirir;
Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə məlumatları təhlil edir, prediktiv analizlər aparır, fəaliyyətin optimallaşdırılması istiqamətində təkliflər hazırlayır;
Dövlət Agentliyinin daxili informasiya sistemləri üzrə məlumat bazalarının (Data Warehouse) hazırlanmasında iştirak edir;
Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə hesabatlıq sistemlərinin hazırlanmasında iştirak edir;
Dövlət Agentliyinin daxili informasiya sistemləri üzrə data kataloqları və biznes lüğətləri hazırlayır;
Statistik məlumatların təqdim edilməsi ilə bağlı struktur bölmələr və tabeli qurumlardan daxil olan sorğuları cavablayır;
Dövlət Agentliyində data menecment işinin təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırır və tətbiqi ilə bağlı təkliflər hazırlayır;
Data təhlilin aparılması məqsədilə struktur bölmələrə öz səlahiyyətləri daxilində praktiki və metodiki köməklik göstərir;
Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar və arayışlar hazırlayır;
Qulluq funksiyaları çərçivəsində şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, təbiət ixtisasları qrupu, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti, ictimai təhlükəsizlik və idarəetmə ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə), SQL sorğu dili, “R” və ya “Python” proqramlaşdırma dilində data analitikasında istifadə edilən əsas alətlər və kitabxanalarla işləmək bacarığı, datanın vizuallaşdırılması üzrə proqram təminatları ilə işləmək bacarığı (Tableau, Power BI və s.), statistikanın nəzəri əsasları (təsviri statistika, inferensial statistika)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4