Baş məsləhətçi - mühasib

Bakı

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasını, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasını təmin etmək;
  • İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırılması ilə bağlı tədbirlər görmək;
  • Mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək;
  • Mərkəzin istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə,hesabat və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • İş və xidmətlərin maya dəyəri hesabatının tərtibini,dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və ödəmələri aparılmasını həyata keçirmək;
  • Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək, əmək və icra intizamına riayət etmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız