Baş məsləhətçi Heyvandarlıq sektoru (İmişli)

İmişli

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, onların məhsuldarlığının yüksəldilməsi, damazlıq işinin təşkili ilə bağlı mütəxəssis məsləhətləri vermək və tövsiyələr hazırlamaq;
  • Mal-qaranın, və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Heyvandarlıqla məşğul olan sahibkarlar arasında damazlıq işinin əsasını təşkil edən suni mayalamanın əhəmiyyəti barədə məlumatlar vermək;
  • Damazlıq heyvandarlığa dair sərgi-satış yarmarkalarının və heyvanların cins tərkibinin yaxşılaşdırılması, o cümlədən damazlıq heyvanların artırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilinə köməklik göstərmək;
  • Mərkəzin elektron informasiya ehtiyatında heyvandarlıq bölməsinin yaradılmasında və onun daimi yenilənməsində iştirak etmək;
  • Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: zootexniklik, baytarlıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız