Baş məsləhətçi Maliyyə-təsərrüfat sektoru (Goranboy)

Goranboy

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mərkəzin server avadanlıqlarının fasiləsiz işini təmin etmək və iş prosesində ortaya çıxan pozuntuların aradan qaldırılmasında operativ ölçülər götürmək; 
  • Serverlərin işçi fəaliyyətinin yaxşılaşdırılması üçün profilaktik tədbirlər görmək, sınaq prosesini aparmaq, xarici qurğuların işə salınmasını,dəyişdirilməsini  və xırda təmirini həyata keçirmək; 
  • Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Mərkəzin server avadanlığının və kompüterlərin diaqnostika işlərini yerinə yetirmək;
  • Mərkəzin istifadəsində olan proqram təminatlarının fasiləsiz və düzgün fəaliyyət göstərməsini preventiv profilaktik tədbirlər yolu ilə təmin etmək;
  • İnternetə çıxış kanalının, elektron poçt xidmətinin və rəsmi veb-saytın fasiləsiz və düzgün işləməsini təmin etmək məqsədilə bu sahə üzrə məsul olan digər dövlət qurumları ilə birgə effektiv iş aparmaq;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq; 
  • Sektor müdirinin və rəhbərliyin digər xidməti tapşırıqlarını yerinə yetirmək, əmək və icra intizamına riayət etmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter elmləri ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasıdan istifadə qabiliyyəti
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız