Məsləhətçi Sənədlərin ekpertizası sektoru

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı regional bölmə əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxlamaq;
  • Fəaliyyət istiqamətləri üzrə sektorlar tərəfindən görülən işlər və tapşırıqların icrası vəziyyəti barədə hesabatları sektor müdirinə təqdim etmək; 
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası barədə hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Regional bölməyə daxil olan vətəndaş şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması ilə bağlı sektorlardan müvafiq məlumatları və sənədləri almaq, onların düzgünlüyünü yoxlamaq və bu barədə hesabatları rəhbərliyinə təqdim etmək;
  • Sektorlardan planlı və plandankənar yoxlamaların sənədlərini almaq, iş axını zamanı onların düzgünlüyünü yoxlamaq və hesabatları hazırlamaq ; 
  • Bölməyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi vəziyyətini araşdırmaq, bu barədə hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək; 
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxmaq;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq; 
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək; 
  • Sektor müdirinin tapşırığı ilə digər hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.  
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, dövlət və ictimai münasibətlər, politologiya, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, kimya mühəndisliyi, şərabçılıq, tibbi profilaktika, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, əczaçılıq, ekologiya, zootexniklik, tibbi biologiya, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, aqromühəndislik, informasiya-təhlil fəaliyyəti ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A1;Rus dili-A1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız