Aparıcı məsləhətçi - fitosanitar müfəttişi (İdxal və ixraca nəzarət sektoru)

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdxal-ixrac əməliyyatları zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində və akkreditasiya olunmuş laboratoriyalara həmin nümunələrin çatdırılmasında iştirak etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı verilmiş göstərişləri icra etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlərdə iştirak etmək və idxal olunan yüklərə idxal karantin icazəsinin verilməsi və ya verilməsindən imtina edilməsindən irəli gələn funksiyaları həyata keçirmək;
  • dövlət fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • İxrac olunan fitosanitar nəzarətdə olan yüklərə fitosanitar sertifikatı vermək;
  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fitosanitar nəzarətində olan yüklərə fitosanitar sertifikatının dublikatının verilməsini, həmin sənədin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini həyata keçirmək;
  • Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin idxalı ilə bağlı rəy verilməsini həyata keçirmək;
  • Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin idxalına və ixracına nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasının aparılmasını təmin etmək; 
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ekologiya, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız