fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflərini sektor müdirinə təqdim etmək;
heyvan sağlamlığı sahəsində mövcud vəziyyəti təhlil etmək, heyvan sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
fermerlərin, ailə təsərrüfatlarının, sahibkarların heyvan sağlamlığı ilə bağlı rəylərini öyrənmək;
Sektor müdirinin göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasına dair tapşırıqları yerinə yetirmək;
heyvan sağlamlığı sahəsini tənzimləyən qanunvericilik aktlarının layihələrinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
müvafiq beynəlxalq norma, təlimat və qaydalara uyğun olaraq baytarlıq norma və qaydalarının hazırlanmasını həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə təşkilati-sərəncamverici sənəd layihələrini hazırlayıb sektor müdirinə təqdim etmək;
fermerlərin, ailə təsərrüftalarının, sahibkarların baytarlıq sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı maarifləndirilməsində iştirak etmək;
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) və digər beynəlxalq təşkilatlarda fəaliyyət istiqamələri ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək;
Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərlə bağlı tapşırıqları yerinə yetirmək;
beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
heyvan sağlamlığı sahəsində aparılmış təhlillər və elmi risk qiymətləndirilməsi nəticələri əsasında ayrı-ayrı heyvan xəstəlikləri üzrə risklərin idarəedilməsi planları və epizootiya əleyhinə tədbirlər planını hazırlamaq və təsdiq edilməsi üçün sektor müdirinə təqdim etmək;
ayrı-ayrı heyvan xəstəlikləri üzrə risklərin idarəedilməsi planları və epizootiya əleyhinə tədbirlər planının icrasına nəzarətlə bağlı tapşırıqları yerinə yetirmək və nəticələrin monitorinqini aparmaq;
risk təhlili çərçivəsində mövcud və yarana biləcək təhlükələr və risklər barədə dövlət baytarlıq nəzarətində olan yüklər sahəsində fəaliyyət göstərən subyektlər, istehlakçılar, elmi cəmiyyətlər, dövlət orqanları, beynəlxalq və qeyri hökümət təşkilatları, habelə digər maraqlı tərəflər arasında məlumat mübadiləsini həyata keçirtmək;
xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsində iştirak etmək və ya belə tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
ayrı-ayrı ölkələrdə mövcud olan epiziotik vəziyyəti izləmək, xüsusi təhlükəli heyvan xəstəliklərinin yayıldığı ölkələrdən və ərazilərdən heyvan və heyvan mənşəli məhsulların idxalının məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı icrası məcburi olan qərarların qəbul edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya sənədlərində) göstərilmiş məlumatları təhlil etmək, qanuna uyğun tədbirlər görülməsi ilə bağlı arayışlar hazırlayaraq sektor müdirinə təqdim etmək;
Azərbaycan Respublikasının ərazisinə xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq üçün görüləcək tədbirlərdə iştirak etmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunması ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
heyvan və heyvan mənşəli məhsullarının ilkin istehsalı və istehsalı obyektlərində baytarlıq nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə illik yoxlama planlarının hazırlanmasında iştirak etmək;
mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə əlaqədar təkliflər vermək;
heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsi üzrə ixtisaslı kadrların peşə bacarıqlarının artırılması və prioritet sahələr üzrə elmi-tədqiqatların aparılmasına dair təkliflər vermək, Agentliyin regional bölmələrində fəaliyyət göstərən baytar müfəttişlərə elmi-metodiki dəstək göstərmək, bu məqsədlə təlimlər keçmək;
Agentliyin regional bölmələrindən baytarlıq uçotu və hesabatını tələb etmək, həmçinin heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılması ilə əlaqədar tədbirlərdə iştirak etmək;
beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
dövlət sirrini və məxfilik rejimini qorumaq, habelə Agentliyin fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı sektor müdirinə təkliflər hazırlamaq;
sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: əczaçılıq, su bioehtiyatları və akvabitkilər, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, zootexniklik ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4