Məsləhətçi Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektoru

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • aidiyyəti struktur bölmələr və dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlar əsasında ölkədə mövcud fitosanitar vəziyyəti təhlil etmək, sektor müdirinə təkliflər vermək, bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • maraqlı tərəflərin, o cümlədən fermerlərin, ailə təsərrüfatalarının, sahibkarların bitki karantini və bitki mühafizə tədbirlərinin tətbiqi ilə bağlı rəylərini öyrənmək;
  • fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə sektor müdirinə təkliflər vermək;
  • Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı fermerlərin, ailə təsərrüftalarının və sahibkarların maarifləndirilməsində iştirak etmək;
  • Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyası  və digər beynəlxalq təşkilatlarda  fəaliyyət istiqamətləri üzrə keçirilmiş tədbirlərdə iştirak etmək;
  • Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • ölkə ərazisi üzrə bitki sağlamlığını izləmək, mövcud vəziyyəti təhlil etmək, mövcud və potensial riskləri müəyyənləşdirmək və risk profilləri hazırlamaq;
  • bitki mühafizəsi sahəsində aparılmış təhlillər və elmi risk qiymətləndirilməsi nəticələri əsasında ayrı-ayrı karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi planlarını hazırlamaq və təsdiq edilməsi üçün sektor müdirinə təqdim etmək;
  • ayrı-ayrı karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi planlarının icrasından irəli gələn tapşırıqları yerinə yetirmək və nəticələrin monitorinqini aparmaq;
  • risk təhlili çərçivəsində mövcud və yarana biləcək təhlükələr və risklər barədə fitosanitar nəzarətində olan yüklər sahəsində fəaliyyət göstərən subyektlər, istehlakçılar, elmi cəmiyyətlər, dövlət orqanları, beynəlxalq və qeyri hökümət təşkilatları, habelə digər maraqlı tərəflər arasında məlumat mübadiləsini həyata keçirmək;
  • Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq üçün görüləcək tədbirlərdə iştirak etmək;
  • ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə zərərli orqanizmlərə qarşı  tətbiq ediləcək bitki mühafizəsi tədbirlərini müəyyən etmək, zərərli orqanizmin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət, xəbərdarlıq və profilaktik təyinatlı tədbirlər görülməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • fitosanitar nəzarətində olan məhsulların ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya sənədlərində) göstərilmiş məlumatları təhlil etmək, qanuna uyğun tədbirlərin görülməsi ilə bağlı arayışları hazırlayaraq sektor müdirinə təqdim etmək;
  • mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə fitosanitar xidmətlərin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • bitki sağlamlığı sahəsi üzrə ixtisaslı kadrların peşə bacarıqlarının artırılması və prioritet sahələr üzrə elmi-tədqiqatların aparılmasına dair təkliflər vermək, Agentliyin regional bölmələrində fəaliyyət göstərən fitosanitar müfəttişlərə elmi-metodiki dəstək göstərmək, bu məqsədlə təlimlər keçmək;
  • beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • dövlət sirrini və məxfilik rejimini qorumaq;
  • sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: biologiya, torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, ekologiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız