Aparıcı məsləhətçi Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektoru

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • aidiyyəti struktur bölmələr və dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlar əsasında ölkədə mövcud fitosanitar vəziyyəti təhlil etmək, sektor müdirinə təkliflər vermək, bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • maraqlı tərəflərin, o cümlədən fermerlərin, ailə təsərrüfatalarının, sahibkarların bitki karantini və bitki mühafizə tədbirlərinin tətbiqi ilə bağlı rəylərini öyrənmək;
  • fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • müvafiq beynəlxalq norma, təlimat və qaydalara uyğun olaraq fitosanitar norma və qaydalarının layihələrini hazırlamaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə sektor müdirinə təkliflər vermək;
  • Sektor müdirinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərlə bağlı layihələri hazırlamaq;
  • Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı fermerlərin, ailə təsərrüftalarının və sahibkarların maarifləndirilməsində iştirak etmək;
  • Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyası  və digər beynəlxalq təşkilatlarda  fəaliyyət istiqamətləri üzrə keçirilmiş tədbirlərdə iştirak etmək;
  • Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün müvafiq tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • fitosanitar nəzarətində olan məhsulların ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya sənədlərində) göstərilmiş məlumatları təhlil etmək, qanuna uyğun tədbirlərin görülməsi ilə bağlı arayışları hazırlayaraq sektor müdirinə təqdim etmək;
  • pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinin izlənilməsində iştirak etmək, onların ekspertizasını, sınaqdan keçirilməsini təşkil etmək və aidiyyəti üzrə rəy verilməsi ilə bağlı funksiyaları yerinə yetirmək;
  • istifadəsinə icazə verilmiş və istifadəsi qadağan edilmiş, o cümlədən yüksək toksiki-ekoloji  preparatların siyahısını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış fitosanitariya preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarətin təşkil edilməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə fitosanitar xidmətlərin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • bitki sağlamlığı sahəsi üzrə ixtisaslı kadrların peşə bacarıqlarının artırılması və prioritet sahələr üzrə elmi-tədqiqatların aparılmasına dair təkliflər vermək, Agentliyin regional bölmələrində fəaliyyət göstərən fitosanitar müfəttişlərə elmi-metodiki dəstək göstərmək, bu məqsədlə təlimlər keçmək;
  • beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar sektor müdirinə təkliflər vermək;
  • dövlət sirrini və məxfilik rejimini qorumaq;
  • sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, torpaqşünaslıq və aqrokimya , su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, ekologiya, biologiya, aqronomluq, bitki mühafizəsi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız