fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə dair sektor müdirinə rəy və təkliflər vermək;
aidiyyəti struktur bölmələr tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında baytarlıq preparatlarının dövlət qeydiyyatına alaraq qeydiyyat şəhadətnaməsinin verilməsində, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış baytarlıq preparatlarının və yem əlavələrinin dövlət reyestrinin aparılmasında iştirak etmək;
baytarlıq preparatlarının aprobasiyasını, ekspertizasını, sınaqdan keçirilməsini təşkil etmək;
qeydiyyat məlumatları əsasında dövri statistik və analitik hesabatları hazırlamaq;
baytarlıq preparatlarının qeydiyyat şahadətnamələrinin dublikatlarının verilməsində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin sənədlərin yenidən rəsmiləşdirilməsinin, qüvvəsinin dayandırılmasının, bərpa və ləğv edilməsinin həyata keçirilməsində iştirak etmək;
qanunvericilikdə müəyyənləşdirilmiş qaydada sorğu əsasında dövlət reyestrindən müvafiq məlumatları vermək və onun idarə olunmasında iştirak etmək;
müvafiq sahə üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə hüquqi və texniki dəstək göstərmək və onların müvafiq sahə üzrə maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etmək;
sahibkarlar tərəfindən daxil olan müraciətlərin Agentliyin müxtəlif struktur bölmələri tərəfindən qaldırılan məsələlərin vaxtında və qanuni şəkildə cavablandırılması ilə bağlı təhlillər aparmaq və nəticəsi ilə bağlı təkliflər vermək;
sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
əmək və icra intizamına riayət etmək;
Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından, eləcədə aidiyyəti dövlət orqanlarından məlumat və sənədləri almaq, eyni zamanda aidiyyəti dövlət orqanlarına təkliflərin verilməsində iştirak etmək;
Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: əczaçılıq, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4