Agentliyin fəaliyyətini tənzimləyən və ya fəaliyyəti ilə əlaqədar olan normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər qeyri-normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə dair sektor müdirinə rəy və təkliflər vermək;
Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirləri həyata keçirmək;
Kodeks Alimentarius Komissiyasında və digər beynəlxalq təşkilatlarda fəaliyyət istiqamələri ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək;
bioloji aktiv qida məhsullarının emalına, dövriyyəsinə, utilizasiyasına və məhv edilməsinə nəzarətin təkmilləşdirilməsinə dair sektor müdirinə təkliflər vermək;
aidiyyəti dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək;
qida mənşəli xəstəliklərlə bağlı məlumat bazasının yaradılmasında iştirak etmək;
əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək və sektor müdirinə təkliflər vermək;
qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə verilən rəyləri hazırlamaq;
qida və yem məhsullarının ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair bildirişlərdə (notifikasiya sənədlərində) göstərilmiş məlumatları təhlil etmək, qanuna uyğun tədbirlər görmək və bununla bağlı arayışlar hazırlayaraq sektor müdirinə təqdim etmək;
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Sektor müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi , su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, kimya müəllimliyi, hüquqşünaslıq, kimya, biologiya, kimya mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, müalicə işi, tibbi profilaktika, tibbi biologiya, zootexniklik, əczaçılıq, şərabçılıq ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4