İşə qəbul üzrə təyin olunmuş hədəflərə çatmaq üçün funksional rəhbərlər ilə yaxından çalışmaq və əvvəlindən sonunadək işə qəbul prosesini icra etmək
İşə qəbul və namizədlərin seçilməsi prosesinin təşkilati ehtiyaclar, işə qəbul planı, personal büdcəsi, şirkət siyasət və prosedurlarına uyğunluğunu təmin etmək
İstedadların cəlb edilməsini dəstəkləmək üçün sosial media mənbələrindən (LinkedIn və digər sosial media platformaları daxil olmaqla) istifadə etmək
Vakant vəzifələr üzrə elanları hazırlamaq, məlumatların dəqiq daxil edilməsini və vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək
Vakant vəzifə üzrə menecerlərlə təşkil olunmuş müsahibələri koordinasiya etmək. Səriştə əsaslı müsahibələrdən aktiv istifadə üçün onlara dəstək olmaq və təlimləndirmək
İşə qəbul qeydlərini tutmaq (müraciətlər, müsahibə rəyləri, qiymətləndirmə nəticələri, arayış və məlumat yoxlanışı və digər əlaqəli məlumatlar)
Şirkət brendini tanıtmaq və İR tədbirlərində şirkəti təmsil etmək. Şirkətin nümayəndəsi kimi fəaliyyət göstərmək, əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər əlaqəli İR tədbirlərində iştirak etmək və şirkəti təmsil etmək
Uğurlu namizədlər haqqında rəy sorğusunu həyata keçirmək və təhlükəsizlik rəyini almaq
Yeni işçilərin işə qəbulunu düzgün idarə etmək və yeni işçi haqqında bütün məsul funksiyaların vaxtında məlumatlandırılmasını təmin etmək, yeni işçilər işə başladıqda lazım olan hər şeylə təmin olunduqlarından əmin olmaq
Xüsusi tələblər
İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır
Müsahibə bacarıqlarının güclü olması
Səriştə yönümlü müsahibələrın aparılmasında bilik və bacarıq mütləqdir
Əmək qanunvericiliyi və tənzimləmələrini bilmək
İş təcrübəsi – tələb olunmur
MS Office proqramlarını yaxşı bilmək
Azərbaycan və İngilis dillərini səlis bilmək. Rus dilini biliyi üstünlükdür