Baş məsləhətçi - texniki nəzarətin təşkili üzrə Maliyyə-təsərrüfat sektoru (Qobustan)

Qobustan

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyata alınmış nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarəti təşkil etmək;
  • Hüquqi və fiziki şəxslərə məxsus olan texnikaları, digər nəqliyyat vasitələrinin və onların qoşqularının qeydiyyatını aparmaq;
  • Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunun və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin etmək;
  • Müasir tipli texnikaların idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasında iştirak etmək;
  • Aylıq, rüblük və illik hesabatları rəhbərliyə rəhbərliyə təqdim etmək;
  • Səlahiyyəti daxilində sektora olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
  • Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: maşın mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, mexanika mühəndisliyi, aqromühəndislik ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız