- Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyata alınmış nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarəti təşkil etmək;
- Hüquqi və fiziki şəxslərə məxsus olan texnikaları, digər nəqliyyat vasitələrinin və onların qoşqularının qeydiyyatını aparmaq;
- Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunun və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin etmək;
- Müasir tipli texnikaların idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasında iştirak etmək;
- Aylıq, rüblük və illik hesabatları rəhbərliyə rəhbərliyə təqdim etmək;
- Səlahiyyəti daxilində sektora olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
- Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;