Baş məsləhətçi Maliyyə-təsərrüfat sektoru (Neftçala)

Neftçala

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə sahəsində məlumatları toplamaq, ümumiləşdirmək və həmin məlumatları mərkəzin informasiya ehtiyatında yerləşdirərək daimi yenilənməsini təmin etmək;
  • Kənd təsərrüfatı təyinatlı torpaqların digər məqsədlər üçün ayrılması, habelə torpaqların qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı sektor müdirinə təkliflər vermək və bununla bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı coğrafi məlumatların hazırlanmasını təmin etmək;
  • Sahə üzrə elektron xidmətlərin təşkilində iştirak etmək;
  • Hüquqi və fiziki şəxslərin istifadəsində olan əkin, çoxillik əkmələr və biçənək sahələrinin istifadə vəziyyəti barədə məlumatları toplamaq, təhlil etmək, nəticələrə uyğun olaraq arayışlar hazırlamaq və bu məsələlər üzrə məsləhət-informasiya xidmətinin göstərilməsində iştirak etmək;
  • Sektora daxil olan müraciətləri səlahiyyətləri daxilində cavablandırmaq;
  • Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: coğrafiya, ekologiya, torpaqşünaslıq və aqrokimya , yer quruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

    Telegram kanalımız