Böyük məsləhətçi - hüquqşünas Maliyyə-təsərrüfat sektoru (Beyləqan)

Beyləqan

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların Mərkəz tərəfindən düzgün tətbiq edilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • Mərkəzə daxil olan müraciətlərin araşdırılmasında və cavablandırılmasında iştirak etmək;
  • Hüquqi məsələlərə dair təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • Mərkəzdə çalışan işçilərin şəxsi işlərini tərtib etmək, onların saxlanılmasını və uçotunun aparılmasını təmin etmək;
  • Mərkəz üzrə kadrlarla bağlı məlumat bazasını yaratmaq və müntəzəm olaraq yeniləmək;
  • əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
  • Kadrların ixtisaslarının artırılması və onlara ixtisas dərəcələrinin verilməsi məqsədi ilə rəhbərliyə təkliflər vermək;
  • Sahə üzrə arayışları, məlumatları, hesabatları və digər aidiyyəti sənədləri hazırlayaraq idarənin rəhbərliyinə təqdim etmək;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırılması ilə bağlı təkliflər vermək;
  • Sektor müdirinin və rəhbərliyin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız