Məsləhətçi - qida təhlükəsizliyi müfəttişi İdxal və ixraca nəzarət sektoru (Qarabağ regional bölmə)

Bərdə

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdxal-ixrac əməliyyatları zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində və akkreditasiya olunmuş laboratoriyalara həmin nümunələrin çatdırılmasında iştirak etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı verilmiş göstərişləri icra etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərdə iştirak etmək və idxal olunan yüklərə idxal sağlamlıq aktının verilməsi və ya verilməsindən imtina edilməsindən irəli gələn funksiyaları həyata keçirmək; 
  • Qida və yem məhsullarının ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • İxrac olunan qida və yem məhsullarına sağlamlıq sertifikatları vermək; 
  • “Lisenziyalar və icazələr haqqında”  Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qida və yem məhsuluna, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, idxal sağlamlıq aktı və sağlamlıq sertifikatlarının dublikatlarının verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini həyata keçirmək;
  • Ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığının inzibati ərazi vahidi üzrə yoxlanılmasında iştirak etmək; 
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: tibbi profilaktika, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, hüquqşünaslıq, zootexniklik, əczaçılıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;

Telegram kanalımız