Böyük məsləhətçi Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru (Qazax-Tovuz regional bölmə)

Tovuz

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Baytarlıq nəzarəti sahəsində inzibati ərazi vahidində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada baytarlıq nəzarəti obyektlərində illik planlara uyğun olaraq planlı və ya plandankənar yoxlamalarda və digər dövlət nəzarəti tədbirlərində iştirak etmək;
  • Yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada qida və yem məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində iştirak etmək və akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini izləmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün verilən göstərişlərin yerinə yetirilməsinə nəzarət etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar layihələrini hazırlamaq, sektor müdirinə təqdim etmək və qəbul olunmuş qərarların icrası ilə bağlı tədbirlər həyata keçirmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhvedilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı sektor müdiri tərəfindən verilən qərarları icra etmək;
  • Xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görülməsini, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişləri icra etmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Dövlət baytarlıq nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirləri həyata keçirmək;
  • Dövlət baytarlıq nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirləri həyata keçirmək;
  • Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy verilməsini həyata keçirmək;
  • Baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində hərəkəti üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədləri vermək;
  • Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası, məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilmiş qərarı icra etmək;
  • İnzibati ərazi vahidində qida zənciri obyektlərində baytarlıq ilə bağlı digər tədbirlərdə iştirak etmək;
  • Aidiyyəti dövlət orqanları ilə birgə qanunla müəyyən edilmiş qaydada əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunması ilə bağlı nəzarəti tədbirlərində iştirak etmək;
  • Heyvan kəsiminin baytarlıq qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək, baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulmasını həyata keçirmək və qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə bağlı tədbirlərdə iştirak etmək;
  • Baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda tətbiqinə və dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;
  • Dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarəti həyata keçirmək;
  • İnzibati ərazi vahidi üzrə baytarlıq uçotu və hesabatını aparmaq və onların sektor müdirinə hər ay təqdim edilməsini təmin etmək;
  • İnzibati ərazi vahidində heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması və ya yayılma təhlükəsi barədə sektor müdirinə mütəmadi məlumat vermək;
  • İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının ləğvi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, zootexniklik, əczaçılıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A1;Rus dili-A1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız