Baş məsləhətçi Bitkiçilik sektoru (Siyəzən)

Siyəzən

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bitki mühafizəsi və karantini sahəsində pestisidlərin ehtiyatının yaradılması və saxlanması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar apararaq, təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Mərkəzin elektron informasiya ehtiyatının yaradılmasında və onun daimi yenilənməsində iştirak etmək;
  • Əkinçiliklə bağlı aqrotexniki tədbirlərin aparılması, məhsul istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, torpağın münbitliyinin bərpa edilməsi, gübrə, digər kimyəvi preparatların və pestisidlərin düzgün və səmərəli istifadə edilməsi, habelə aqrokimyəvi xidmətin təşkili ilə bağlı qabaqcıl təcrübə barədə kənd təsərrüfatı məhsulları istehsalçılarını və sahibkarları məlumatlandırmaq və informasiya-məsləhət xidmətlərinin göstərilməsində iştirak etmək;
  • Sektorun əhatə etdiyi sahələr üzrə sosial-iqtisadi inkişafın əsas istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək, statistik məlumatlar toplamaq, ümumiləşdirmək və təhlil etmək;
  • Yeni bitki sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görmək;
  • Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək, əmək və icra intizamına riayət etmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

    Telegram kanalımız