Böyük məsləhətçi Qeydiyyat və sahibkarlarla iş sektoru (Quba–Xaçmaz regional bölmə)

Xaçmaz

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnzibati ərazi vahidi üzrə qanunla müəyyən olunmuş hallarda və qaydada ölkəyə idxal edilən qida və yem məhsullarının istehsal və emal edildiyi qida obyektlərinin təsdiqi ilə bağlı fəaliyyətdə iştirak etmək;
  • Ölkəyə idxal olunan qida və yem məhsullarının qanuna uyğun olaraq genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını inzibati ərazi vahidi üzrə yoxlamaq;
  • İnzibati ərazi vahidi üzrə qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatının, habelə qida zənciri obyektlərinin təsdiqinin həyata keçirilməsində iştirak etmək;
  • Qida Təhükəsizliyi Reyestrindən çıxarışların, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin sənədlərin dublikatlarının verilməsi, yenidən rəsmiləşdirilməsi, qüvvəsinin dayandırılması, bərpa edilməsi ilə bağlı işləri həyata keçirmək, qeydiyyata alınmasından və ya təsdiq edilməsindən imtina etmək, reyestr məlumatlarına dəyişiklik etmək və sektor müdirinə hər ay hesabat təqdim etmək;
  • İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının ləğvi ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Qida təhlükəsizliyinin təmin olunması istiqamətində regional bölmənin əhatə dairəsi üzrə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı tədbirlər həyata keçirmək;
  • Qeydiyyat məlumatları əsasında dövri statistik və analitik hesabatlar hazırlamaq və vətəndaşların məlumatlandırılmasında iştirak etmək;
  • Qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatının aparılması məqsədilə sektorun əməkdaşlarının “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Agentliyi təmsil etmək;
  • Qeydiyyat və təsdiq məlumatları, həmçinin subyektlərin fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar əsasında qida obyektləri və subyektləri, o cümlədən qeydiyyatı tələb olunan məhsullar üzrə metaməlumat bazasının yaradılması barədə müvafiq təkliflərini sektor müdirinə təqdim etmək;
  • Genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərə və tərkibində bu orqanizmlərin özü və ya materialı olan yem məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi və onların qeydiyyatının aparılması ilə bağlı təkliflər hazırlayaraq sektor müdirinə təqdim etmək;
  • Qida zənciri boyu regional bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədi ilə fəaliyyət planları işləyib hazırlamaq və icra etmək;
  • Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərini həyata keçirmək;
  • Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP, İSO 22000 və s.) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirlərini həyata keçirmək;
  • Qida təhlükəsizliyi sahəsində təşkilati və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, habelə bu sahədə fəaliyyətin davamlı olaraq təkmilləşdirməsi üçün təhlil və qiymətləndirmələrin aparılması məqsədi ilə regional bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən sahibkarlar arasında mütəmadi sorğular keçirmək;
  • Qida təhlükəsizliyi siyasətinin formalaşdırılmasında ictimai iştirakçılığın artırılması, o cümlədən sahibkarların təklif və şikayətlərinin dinlənilməsi məqsədilə regional bölmənin əhatə dairəsi üzrə müzakirə platformalarının yaradilmasında iştirak etmək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, kompüter elmləri, politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, kimya mühəndisliyi, şərabçılıq, tibbi profilaktika, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, ekologiya, zootexniklik, aqromühəndislik, əczaçılıq, tibbi biologiya, informasiya-təhlil fəaliyyəti ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız