Müəssisənin brendləri, məhsulları və xidmətləri üzrə sosial mediya marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi (Yeni məhsullar, Kampaniyalar, Press-relizlər və s);
Mövzuya uyğun yüksək keyfiyyətdə cəlbedici kontentin veb məzmunun (mətn, foto, video) hazırlanması, hazırlanmasının təşkili, paylaşılması, effektivliyini izləmək üçün marketinq və məhsul komandası ilə əməkdaşlıq;
Şirkətin bütün sosial şəbəkə hesablarının idarə edilməsi, admin panelə nəzarət, sosial media kanalları vasitəsilə internet izləyicilərinin və müştərilərin cəlb edilməsi və onlayn aktivliyin təşkil edilməsi üçün kontentin inkişaf etdirilməsində daima yeni təkliflərin eilməsi və kifayət qədər sərbəst işləməyi bacarmaq.;
Sosial media üçün həftəlik, aylıq, rüblük məzmun marketinqi təqviminin post planının tərtib edilməsi və plana uyğun postların hazırlanması, ilboyu riayət edilməsi;
Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflərin verilməsi;
Gündəlik şərhlərin və mesajların vaxtında cavablandırılması;
E-kommersiya meneceri və ya Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
Aylıq hesabat hər ayın son günü e-mail vasitəsilə E-kommersiya menecerinə, kommersiya direktoru cc-də olmaqla göndərilməlidir.
İngilis və rus dili yüksək səviyyədə olanlara;
Adobe Photoshop, Adobe Illustrator və Corel Draw, Adobe premiere proqramları.
İş şəraiti:İş qrafiki: 6 gün,
I-V günlər tam iş günü, VI gün natamam iş günü.
İstirahət günü – bazar;
Əmək haqqı: başlanğıc 500 AZN
AR Qanunvericiliyinə uyğun rəsmi qeydiyyat;
Karyera yüksəlişi və maaş artımı imkanı mövcuddur.
Xüsusi tələblər
Təhsil – Ali (Biznesin idarə edilməsi, iqtisadi, marketinq, ticarət üstünlük verilir)
Müvafiq sahədə müvəffəqiyyətli əvvəlki təcrübə, 1 il-ə yaxın;
Dil bilikləri: Azərbaycan dili – əla
Rus dili – yaxşı, əla
İngilis dili – üstünlük verilir
Kompyuter bilikləri:
MC Word, MC Excell, MC Outlook, Power point, Gmail proqramları peşəkar istifadəçi.
Sosial şəbəkələr, irəliləyiş alətləri və üsullarından və onlayn platformadan peşəkar istifadə bacarığı;
Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək, mobil telefonla videoçəkiliş və redaktə etmək bacarığı;
Enerjili, punktual, yüksək məsuliyyət, dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı; Şəxsi inkişafa meyli olmalı;
Yaş həddi 21-33 yaş arası;
Məqsədyönlülüyü, planlaşdırma qabiliyyəti, fors-major və stresli vəziyyətlərə dözümlü olmaq;
Müraciət edən kişi namizədlərin hərbi xidməti keçmiş olması və ya hərbi xidmətə yararsızlıq haqqında hərbi biletin olması.