Aylıq, rüblük, yarımillik və illik fərdi və konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
Kənar auditorlar, dövlət
orqanları və digər üçüncü tərəflərlə davamlı və effektiv
kommunikasiyanın təmin olunması;
Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi,
onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud
uyğunsuzluqların aradan qaldırılması
Rüblük və illik əsasda büdcənin icrasına nəzarət, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilinin aparılması;
Mühasibat uçotu siyasətinə davamlı baxılması, yenilənməsi, bütün AİH-in idarəetməsinə verilmiş dövlət müəssisələrinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
Rəhbərlik üçün nəzərdə
tutulmuş hesabatların hazırlanması və müxtəlif maliyyə
təhlillərinin aparılması;
Maliyyə və Vergi Hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və yerli qanunvericiliyə uyğun olaraq hazırlanması;
Mövcud və yeni nəşr olunmuş
Beynəlxalq Maliyyə Hesabatı
Standartlarının araşdırılması, təsirinin
müəyyənləşdirilməsi və müvafiq
təkliflərin irəli sürülməsi;
Azərbaycan İnvestisiya Holdinqinin maliyyə hesabatlılığı üzrə standartların hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak;
Hesabat üçün nəzərdə tutulan məlumatın
toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata
keçirilməsində iştirak;
Maliyyə göstəricilərinin daxili
sistemə inteqrasiyası prosesində iştirak;
Şöbədaxili prosedurların tərtib
olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak;
İşgüzar danışıqların aparılması və daxil olan məktubların cavablandırılması.
Xüsusi tələblər
Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi
və s. əlaqəli sahələr);
Audit, büdcələmə, maliyyə hesabatı sahəsində ən azı 3 il iş təcrübəsi (böyük
dördlük (Big4)şirkətlərində və ya digər qabaqcıl şirkətlərdə iş təcrübəsi arzuolunandır);
Mikro və makroiqtisadiyyat üzrə biliklər;
Maliyyə modelləri ilə işləmək bacarığı;
Maliyyə sahəsi üzrə sertifikasiyaların olması (ACCA “Financial Accounting” və “Financial Reporting”) mütləqdir, digər sertifikasiyaların (CIMA,
CFA və s.) olması üstünlükdür;
MS Office proqramlarında (MS Excel, Power BI, Power Point) mükəmməl
işləmək bacarığı, digər
proqramlarda (1C, SAP və s.)
istifadəçi təcrübəsinə üstünlük verilir;
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis
dili (mükəmməl), Rus dili (arzuolunandır);
Analitik bacarıqlar;
Sürətli öyrənmə
qabiliyyəti;
Təşəbbüskarlıq,
yüksək səviyyədə ünsiyyət
və münasibət qurmaq bacarıqları;
Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.