Məsləhətçi - maliyyə-təsərrüfat işləri üzrə (Mil–Muğan regional bölmə)

İmişli

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təsərrüfat xidmətinin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən işləri həyata keçirmək;
  • Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına ayrılmış vəsait hesabına regional bölmənin saxlanması və fəaliyyəti üçün verilmiş maddi-texniki inventarların təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarət etmək və sektor müdirinə müvafiq təkliflər vermək;
  • Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə regional bölmənin balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasında iştirak etmək və sektor müdirinin verdiyi tapşırıqları yerinə yetirmək;
  • Regional bölmənin balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı işləri həyata keçirmək; 
  • Regional bölmənin balansında olan binaların, inventar və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlərdə iştirak etmək; 
  • Fəaliyyət istiqamətləri üzrə regional bölmə rəhbərinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirləri təşkil etmək və texniki təminatı ilə bağlı tədbirlər görmək;
  • Təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin etmək;
  • Otaqların vəziyyətinə nəzarət etmək və onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirmək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız