Aparıcı məsləhətçi - baytarlıq müfəttişi ( İdxal və ixraca nəzarət sektoru) Şirvan-Salyan regional bölmə

Salyan

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdxal-ixrac əməliyyatları zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində və akkreditasiya olunmuş laboratoriyalara həmin nümunələrin çatdırılmasında iştirak etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı verilmiş göstərişləri icra etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq nəzarəti ilə bağlı tədbirlərdə iştirak etmək; 
  • Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;  
  • İxrac olunan baytarlıq nəzarətində olan yüklərə baytarlıq sertifikatı vermək; 
  • “Lisenziyalar və icazələr haqqında”  Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baytarlıq nəzarətində olan yüklərə baytarlıq sertifikatlarının dublikatlarının verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini həyata keçirmək;
  • baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy verilməsini həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: zootexniklik, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, əczaçılıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1;İngilis dili-A1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız