Məsləhətçi - hüquq, kadr və nəzarət məsələləri üzrə (Şirvan-Salyan regional bölmə)

Salyan

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı regional bölmə əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxlamaq;
  • Fəaliyyət istiqamətləri üzrə sektorlar tərəfindən görülən işlər və tapşırıqların icrası vəziyyəti barədə hesabatları sektor müdirinə təqdim etmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası barədə hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Azərbaycan Respublikasının məhkəmələrində inzibati ərazi vahidi üzrə Agentliyin hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədləri (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlamaq və məhkəmələrdə baxılan işlər barədə mütəmadi olaraq sektor müdirinə məruzə etmək;
  • Regional bölməyə daxil olan vətəndaş şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması ilə bağlı sektorlardan müvafiq məlumatları və sənədləri almaq, onların düzgünlüyünü yoxlamaq və bu barədə hesabatları rəhbərliyinə təqdim etmək;
  • Sektorlardan planlı və plandankənar yoxlamaların sənədlərini almaq, iş axını zamanı onların düzgünlüyünü yoxlamaq və hesabatları hazırlamaq ; 
  • Bölməyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi vəziyyətini araşdırmaq, bu barədə hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək; 
  • Regional bölmə üzrə ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması ilə bağlı Agentlik Aparatından verilən təkliflərə dair tapşırıqları yerinə yetirmək;
  • Regional bölmənin struktur vahidlərinin rəhbərlərinin təklifi əsasında əməkdaşların illik məzuniyyət qrafikinin hazırlanmasını təmin etmək, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət etmək və məzuniyyətlə bağlı irəli gələn digər məsələləri həll etmək;
  • Regional bölmənin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə müvafiq köməklik göstərmək, habelə sənədlərin hazırlanmasına nəzarət etmək;
  • Əməkdaşların iş uçotu tabelini Agentlik Aparatının müvafiq struktur bölməsi tərəfindən müəyyən edilən qaydada tərtib etmək və göndərilməsini təmin etmək;
  • Regional bölməyə Agentlik Aparatından daxil olmuş nəzarət xarakterli sənədlərin icrasının təmin edilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
  • Regional bölmədə sənədləri sistemləşdirmək, uçotunu aparmaq, onların saxlanma müddətlərinə, kargüzarlıq qaydalarına riayət etmək və sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət etmək, səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək, habelə arxiv işini görmək, sənədlərin arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə regional bölmənin fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur- siyahısını tərtib etmək, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti həyata keçirmək üçün sektor müdirinə müvafiq məlumatları vermək;
  • Elektron sənəd dövriyyəsi ilə bağlı əməliyyatları yerinə yetirmək;
  • Sənəd qovluqlarını düzgün formalaşdırmaq, sənədləşmə işlərin sistemləşdirmək, uçotunu və qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivə təhvil verilməsini həyata keçirmək;
  • Regional bölmədən göndərilən sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini ilə bağlı işləri həyata keçirmək və statistik hesabatları aparmaq;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq; 
  • Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək; 
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək; 
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq; 
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək; 
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız