Aparıcı məsləhətçi Mühasibat uçotu sektoru

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentlikdə mühasibat uçotunu və hesabatını müəyyən olunmuş mühasibat uçotu standartlarına uyğun təşkil edilməsindən və aparılmasından irəli gələn funksiyaları yerinə yetirmək;
  • ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, maliyyə hesabatlarını, mühasibat uçotu və xəzinə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək və müəyyən edilmiş qaydada sektor müdirinə təsdiq üçün təqdim etmək;
  • Agentliyin xərclər smetasının layihələrini tərtib etmək və təsdiq olunmaq üçün sektor müdirinə təqdim etmək; 
  • Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitlərinin, kreditlərin və digər maliyyə vəsaitlərinin banklardan və digər kredit təşkilatlarından alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar tədbirləri həyata keçirmək; 
  • müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu daxilində Agentliyin strukturuna daxil olan qurumların ştat cədvəllərinin layihələrini hazırlamaq; 
  • Agentliyin fəaliyyəti ilə bağlı bank və xəzinə əməliyyatlarını həyata keçirmək; 
  • Agentliyin strukturuna daxil olan qurumların işçilərinə əmək haqqının, mükafatların,əmək haqqına digər əlavələrin, ezamiyyə xərclərinin və müavinətlərin verilməsindən irəli gələn funksiyaları yerinə yetirmək; 
  • qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Agentliyin balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrin inventarizasiyasını aparmaq və tərtib edilmiş inventarizasiya siyahısının (aktının) bir nüsxəsinin sektor müdirinə təqdim etmək;
  • Agentliyin balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirləri həyata keçirmək; 
  • Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək; 
  • fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlanaq, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
  • fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxmaq; 
  • Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatlarının dövrlər üzrə hazırlanmasında iştirak etmək; 
  • fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız