Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulmasından irəli gələn məsələləri həll etmək;
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə (sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı ilə bağlı sektor müdirinə təklif vermək, bununla əlaqədar Agentliyin Aparatının struktur bölmə və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini müəyyən etmək;
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsini, onların səfərlərinin və Azərbaycandakı fəaliyyətinin təşkilindən irəli gələn məsələləri həll etmək;
ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafət və s.) təşkili ilə bağlı funksiyaları yerinə yetirmək, xaricdə təşkil olunan tədbirlərdə iştirak etməsi nəzərdə tutulan Agentliyin əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərini təşkil etmək;
Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirləri həyata keçirmək;
Agentlik tərəfindən dəvət olunmuş qonaqların təşkilati-protokol məsələlərini həll etmək;
sədr və sədr müavinlərinin Azərbaycan Respublikasında xarici ölkə səfirləri, konsulları, ticarət nümayəndəlikləri, beynəlxalq təşkilatların və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşlərini planlaşdırmaq, təşkil etmək və görüşləri protokollaşdırmaq;
xarici ölkələrə ezamiyyətə göndərilən Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları üçün müxtəlif ölkələrin vizalarının alınması məqsədilə dəstək məktubunu hazırlamaq və onlara lazımı köməklik göstərmək;
xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Sektor müdirinin göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasında iştirak etmək;
Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), filologiya (dil və ədəbiyyat göstərilməklə), xarici dil müəllimliyi (dillər üzrə), tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4