Qida təhlükəsizliyinə dair dövlət siyasətinin hazırlanmasında iştirak etmək;
Qida təhlükəsizliyinə dair prioritet sahələrin inkişafı üzrə konsepsiyaların və dövlət proqramlarının hazırlanması ilə bağlı əlaqələndirmə aparmaq;
Qida təhlükəsizliyi siyasətinə uyğun Agentliyin vahid strateji planının hazırlanmasında iştirak etmək;
Agentliyin struktur bölmələrinin fəaliyyət planlarının qida təhlükəsizliyi siyasətinə, habelə vahid strateji plana uyğunluğunun təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək;
Dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda, fəaliyyət planlarında müəyyənləşdirilmiş tədbirlərin yerinə yetirilməsini əlaqələndirmək, tədbirlərin icra vəziyyətinin monitorinqini aparmaq və görülmüş işlərin qiymətləndirilməsindən irəli gələn funksiyaları yerinə yetirmək;
qida təhlükəsizliyi sahəsində qlobal meyilləri araşdırmaq, təhlil etmək, qabaqcıl təcrübələr haqqında sektor müdirinə təkliflər hazırlamaq;
qida təhlükəsizliyi sisteminin cari vəziyyətinin, dinamikasının, təhlilini aparmaq və sektor müdirinə təkliflər vermək;
strateji təhlil və planlaşdırmanın müasir metodlarından istifadə etməklə qida təhlükəsizliyi sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarda fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyi yerli və beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə təmsil etmək;
təşkilati və institusional çatışmazlıqları təhlil etmək və onların həlli istiqamətində sektor müdirinə təkliflər vermək;
Agentliyin struktur bölmələrinin fəaliyyəti üzrə əsas fəaliyyət indikatorlarını, onların baza və hədəf göstəricilərini müəyyənləşdirmək, habelə həmin göstəricilərin icrası nəticələrinin monitorinq və qiymətləndirməsini aparmaq;
qida təhlükəsizliyi sisteminin mövcud normativ-hüquqi bazasının təhlilini aparmaq və beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı sektotr müdirinə təkliflər vermək, normativ hüquqi bazanın yaradılmasında iştirak etmək, normativ-hüquqi aktların layihələrini hazırlamaq;
Dövlətin qida təhlükəsizliyi siyasətindən, normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə Agentliyin aidiyyəti struktur bölmələrinə və onun tabeçiliyində olan qurumlara təşkilati-metodik köməklik göstərmək;
aidiyyəti struktur bölmələrində qida təhlükəsizliyi sahəsində statistik məlumatları toplamaq, onları ümumiləşdirmək və aylıq, rüblük, yarımillik, illik əsasda statistik hesabatlar hazırlamaq;
aidiyyəti struktur bölmələrin iştirakı ilə Agentliyin fəaliyyət istiqamətlərinə dair statistik məlumat bazasını formalaşdırmaq, məlumatları təhlil etmək və nəticələr əsasında hesabatlar hazırlayaraq sektor müdirinə təqdim etmək;
Sektora daxil olan sənədlərə tam və ətraflı baxmaq və icra etmək;
fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Sektor müdiri tərəfindən tapşırılmış vəzifələrin yerinə yetirilməsinə nəzarət etmək;
Sektor müdirinin göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək;
Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, tibbi profilaktika, informasiya-təhlil fəaliyyəti, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, kimya, biologiya, ekologiya, kimya mühəndisliyi, zootexniklik, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, şərabçılıq, əczaçılıq, tibbi biologiya ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA3