Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə sahəsində məlumatları toplamaq, ümumiləşdirmək və həmin məlumatları mərkəzin informasiya ehtiyatında yerləşdirərək daimi yenilənməsini təmin etmək;
Kənd təsərrüfatı təyinatlı torpaqların digər məqsədlər üçün ayrılması, habelə torpaqların qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı sektor müdirinə təkliflər vermək və bununla bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək;
Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı coğrafi məlumatların hazırlanmasını təmin etmək;
Sahə üzrə elektron xidmətlərin təşkilində iştirak etmək;
Hüquqi və fiziki şəxslərin istifadəsində olan əkin, çoxillik əkmələr və biçənək sahələrinin istifadə vəziyyəti barədə məlumatları toplamaq, təhlil etmək, nəticələrə uyğun olaraq arayışlar hazırlamaq və bu məsələlər üzrə məsləhət-informasiya xidmətinin göstərilməsində iştirak etmək;
Sektora daxil olan müraciətləri səlahiyyətləri daxilində cavablandırmaq;
Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: coğrafiya, ekologiya, torpaqşünaslıq və aqrokimya , yer quruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə