Rayonda (şəhərdə) kənd təsərrüfatı məhsullarının istehsalının və emalının genişləndirilməsi məqsədi ilə təkliflər hazırlamaq;
Yeni bitki sortlarının yayılması ilə bağlı mərkəz tərəfindən həyata keçirilən tədbirlərin təşkilinə köməklik göstərmək;
Kənd təsərrüfatı məhsulları istehsalının, o cümlədən məhsuldarlığın artırılması üçün aqrotexniki xidmətlərin təşkilinə dair təkliflər vermək;
Kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya-məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı tədbirlərdə iştirak etmək;
Aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar apararaq, nəticələrə uyğun təkliflər hazırlamaq;
Sektor müdiri və rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB4