Hüquqi və fiziki şəxslərə məxsus olan texnikaları, digər nəqliyyat vasitələrinin və onların qoşqularının qeydiyyatını aparmaq;
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunun və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin etmək;
Müasir tipli texnikaların idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasında iştirak etmək;
Aylıq, rüblük və illik hesabatları rəhbərliyə rəhbərliyə təqdim etmək;
Səlahiyyəti daxilində sektora olan ərizə, təklif və şikayətləri araşdıraraq cavablandırmaq;
Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: maşın mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, mexanika mühəndisliyi, aqromühəndislik ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB3