Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, onların məhsuldarlığının yüksəldilməsi, damazlıq işinin təşkili ilə bağlı mütəxəssis məsləhətləri vermək və tövsiyələr hazırlamaq;
Mal-qaranın, və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
Heyvandarlıqla məşğul olan sahibkarlar arasında damazlıq işinin əsasını təşkil edən suni mayalamanın əhəmiyyəti barədə məlumatlar vermək;
Damazlıq heyvandarlığa dair sərgi-satış yarmarkalarının və heyvanların cins tərkibinin yaxşılaşdırılması, o cümlədən damazlıq heyvanların artırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilinə köməklik göstərmək;
Mərkəzin elektron informasiya ehtiyatında heyvandarlıq bölməsinin yaradılmasında və onun daimi yenilənməsində iştirak etmək;
Sektor müdiri və rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: zootexniklik, baytarlıq ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB3