UX/UI üzrə mütəxəssis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kompüterlər və mobil cihazlar (iOS/Android) üçün aşağı keyfiyyətli maketlərin, iş prototiplərinin və yüksək keyfiyyətli vizual dizaynların layihələndirilməsi
  • Məhsullar üçün yüksək keyfiyyətli ekran dizaynları və masaüstü kompüterlər, planşetlər və mobil cihazlar üçün adaptiv ekran görünüşlərin hazırlanması
  • Müştərilərə həssas yanaşma, maraqlı tərəflər və marşrutlar üzrə xəritələrin yaradılması və əsas məqsədin təsviri. Problemin axtarışı və hipotezlərin real müştərilərin ehtiyaclarını başa düşmək üçün bir ssenariyə çevrilməsi
  • Ən mühüm problemlərin axtarılması və onların prioritetlər üzrə yerləşdirilməsi
  • Developerlər üçün materialların, dizayn həlləri üzrə ətraflı ssenarilərin hazırlanması(UI alətlər dəsti ilə)
  • Figma-da unikal maketlərin və dizayn sisteminin yaradılması
  • Görüşlərin keçirilməsi, danışıqların aparılması
  • Miro, Jira, Confluence və s. kimi məhsul inkişaf alətləri ilə iş təcrübəsi
  • Müştərilər arasında sorğular, istifadəyə yararlılığın və istifadəçinin test edilməsi, tələblərin müəyyən edilməsinin digər formaları həyata keçirmək
  • Tapşırıqlardan/eskizlərdən istifadə edilməklə simulyasiya təcrübəsi daxil olmaqla, UI/UX və A/B testləri, "Agile" (çevik) metodologiyalarının layihələndirilməsi
  • Bazarda rəqabətqabiliyyətli məhsulların marketinq təhlili barədə anlayışa malik olmaq

Xüsusi tələblər

  • Ali təhsil (Qrafika, Qrafik dizayn üzrə və ya İncəsənət Məktəbində xüsusi təhsilin olması rəqabət üstünlüyüdür)
  • Telekommunikasiya, Bank işi və Pərakəndə ticarət sahəsində 1 ildən artıq sübut edilmiş (portfel) UI/UX təcrübəsi
  • Qrafik dizayn, Veb dizayn, UI/UX dizaynı, Müştəri təcrübəsinin idarə edilməsi, Proseslərin optimizasiyası, Məhsul inkişafı və müəlliflik hüququ, Rəqəmsal texnologiyalar barədə biliklər
  • Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək 
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Kreativlik, Multitaskinq və Ünsiyyət bacarıqlarına sahib olmaq

Telegram kanalımız