Data Mərkəzi İnfrastrukturu üzrə Mühəndis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Data Mərkəzi layihələrinin həyata keçirilməsi,  risklərin müəyyən edilməsi, texniki problemlərin həlli və sertifikatlaşdırma prosesi zamanı texniki dəstəyin təmin edilməsi 
  • Data Mərkəzlərinin elektrik, havalandırma və soyutma  infrastrukturunu layihələndirmək və təkmilləşdirmək 
  • Data Mərkəzlərində elektrik, havalandırma və soyutma sistemləri üçün texniki xidmətlərin təşkili 
  • Tender proseslerində iştirak etmək , tələblərin təhlili və texniki təkliflərin hazırlanması 
  • Mövcud Data Mərkəzinin elektrik, soyutma və idarəetmə sistemlərinin modernləşdirilməsi və məlumat mərkəzi standartlarına uyğunlaşdırılması 
  • Effektiv texniki təqdimat və müştəri cəlb etməklə Data Mərkəzi həllərini təşviq etmək 
  • Data Mərkəzinin əməliyyatlarına cavabdehlik daşımaq və kritik avadanlıqların düzgün işləməsini təmin etmək üçün birinci dərəcəli texniki problemlərin aradan qaldırılmasını təmin etmək
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək 
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək 
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək 

Xüsusi tələblər

  • Mühəndislik üzrə bakalavr (mexanika və ya elektrik) təhsili
  • Data Mərkəzlərində (infrastruktur, əməliyyat və texniki xidmət) 3+ illik təcrübə 
  • Təzyiq altında mürəkkəb layihələri idarə etmək təcrübəsi 
  • İstilik, ventilyasiya və soyutma sistemləri ilə iş təcrübəsi 
  • Data Mərkəzli İnfrastrukturunun idarəetmə sistemləri ilə tanışlıq 
  • TIER standartları üzrə dərin biliklər
  • Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək 

Telegram kanalımız